AZ

ABŞ-də qızıl mədənində qəza - Ölən və yaralananlar var

Koloradoda Mollie Kathleen Qızıl Mədənində baş verən qəza nəticəsində 1 nəfər ölüb, 12 nəfər isə yerin altında qalıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, mədəndə istifadə edilən lift sistemi yerin 150 metr dərinliyində nasaz olub. Bu nasazlıq liftin içərisində olanlar üçün ciddi təhlükə yaradıb.

Hadisə yerinə gələn xilasetmə qrupları yerin dərinliyində qalan 11 nəfəri təhlükəsiz şəkildə çıxarıblar.
 
Bununla belə, 12 nəfər hələ də 300 metr dərinlikdə qapalı vəziyyətdədir. Qapalı qalan insanların səhhətlərinin yaxşı olduğu, su, ədyal və stulların olduğu bildirilib. Onlar xilasetmə qrupları ilə əlaqə saxlayırlar. Xilas edilənlər arasında iki uşaq da var.
 
Yüngül yaralı 4 nəfərə hadisə yerində tibbi yardım göstərilib.
 
Səlahiyyətlilər, xilasetmə işlərinin davam etdiyini və vəziyyətin yaxından izləndiyini bildirib.
 
Gülay
Seçilən
9
azxeber.com

1Mənbələr