AZ

Şuşada Türk Dünyası Sığorta Birliyinin ilk konqresi planlaşdırılır

Türk Dünyası Sığorta Birliyinin ilk konqresinin (assambleyasının) Azərbaycanın, eləcə də türk dünyasının mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilməsi planlaşdırılır.

Fins.az xəbər verir ki, bunu "Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin icraçı direktoru Elmar Mirsalayev bildirib.

Onun sözlərinə görə, artıq bu istiqamətdə ilk addımlar atılıb: “Şuşada keçiriləcək ilk assambleya tarixə düşəcək”.

İcraçı direktor qeyd edib ki, Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan hökumətinə Türk Dünyası Sığorta Birliyini himayəsinə götürməsi ilə bağlı müraciət edib:

“Artıq dövlət qurumlarının 90%-i bu müraciətə müsbət cavab verib. Bu yaxınlarda prosesin tamamlanmasını gözləyirik. Eyni zamanda, TDT-də Türk Dünyası Sığorta Birliyi öz rəsmi yerini alacaq və qeydiyyata düşəcək".

Fuad Mədətov
Fins.az

Seçilən
88
7
fins.az

10Mənbələr