AZ

Yaşıl İqlim Fondu bu il iqlim maliyyəsinə 50 milyon dollar vəsait ayırmaq istəyir

"Təmsil etdiyim fond bu il iqlim maliyyəsinə ayırdığı vəsaiti 30 milyon dollardan 50 milyon dollara çatdırmaq məsələsini nəzərdən keçirir".

APA-nın məlumatına görə, bunu "PreCOP" çərçivəsində Bakıda "İqlim və İnkişaf" mövzusunda keçirilən Nazirlər Konfransına videokonfrans vasitəsilə qoşulan Yaşıl İqlim Fondunun İnvestisiyalar üzrə baş direktoru Henri Qonzalez deyib.

Onun sözlərinə görə iqlim dəyişikliyinin qarşısının alınmasına yönəldiləcək bütün maliyyə vəsaitlərinin şəffaflığı və hesabatlılığı təmin edilməlidir:

"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu sessiyasının (COP29 keçirlməsi təmsil etdiyim fondun da marağındadır. 2023-cü ildə fondumuz tərəfindən iqlim dəyişikliyi ilə mübarizə məqsədilə 30 milyon dollar ayrılmışdı. Bu il həmin məbləği 50 milyon dollara çatdırmağı planlaşdırırıq. Biz xüsusilə də maliyyə alətlərinin ictimailəşdirilməsi, eləcə də şəffaflıq siyasətinə üstünlük veririk. Bizim fondun məqsədi növbəti ildən bu sahəyə ayrılacaq maliyyənin həcminin artırılmasına nail olmaqdan ibarətdir. İnanırıq ki 2024-2025-ci il üçün maliyyələşmə məsələsi, ayrı-ayrı dövlətlərin müvafiq qurumları arasında geniş müzakirə mövzusu olmaqla, müvafiq qaydada həll ediləcək".
Seçilən
0
1
sherg.az

2Mənbələr