AZ

Co Baydenin müşaviri: ABŞ inkişaf etməkdə olan ölkələrə milli uyğunlaşma planlarını formalaşdırmaq üçün resurslar təqdim edir

“ABŞ Prezidenti Co Bayden 2021-ci ildə uyğunlaşma üçün ABŞ və milli səviyyəli maliyyəni 6 dəfə artırmağı vəd edib. Biz 2024-cü ilə qədər ildə 3 milyard dollara çata bilərik və bunu etməyə hazırıq”.

APA xəbər verir ki, bunu "PreCOP" çərçivəsində "İqlim və İnkişaf" mövzusunda Nazirlər Konfransında ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşaviri Con Podesta deyib.


O, ölkələrin öz gələcəklərinə sərmayə qoya bilmələri və lazım gəldikdə fəlakətlərə cavab verə bilmələri üçün uyğunlaşma, həmçinin fiskal məkanı yaxşılaşdırmaq üçün işlər görüldüyünü diqqətə çatdırıb:


“Qeyd edim ki, həmin maliyyə ekstremal hava hadisələrinin xərclərini əhəmiyyətli dərəcədə azalda bilən inkişaf etməkdə olan ölkələr üçün mövcud olan erkən xəbərdarlıq vasitələrinin yaradılmasını əhatə edir. On ildən artıqdır ki, ABŞ inkişaf etməkdə olan ölkələrə öz milli uyğunlaşma planlarını formalaşdırmaq və həyata keçirmək üçün resurslar təqdim edir”.

Seçilən
19
6
apa.az

8Mənbələr