AZ

Qlobal vəhşi təbiət populyasiyalarının 73 faizi məhv olub

Qlobal

İnsanların ekosistemlərə vurduğu zərər nəticəsində 50 il ərzində qlobal vəhşi təbiət populyasiyaları orta hesabla 73 faiz azalıb.

Reyting.az
xəbər verir ki, bu barədə London Zooloji Cəmiyyətinin (ZSL) və Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) iki illik “Yaşayan Planet” hesabatında deyilir.

Hesabata görə, Latın Amerikası və Karib hövzəsi vəhşi təbiət populyasiyasında orta hesabla 95 faiz azalma qeydə alınıb.

London Zooloji Cəmiyyətinin baş icraçı direktoru Metyu Qold isə bildirib ki, təbiətin itirilməsi və iqlim dəyişikliyi ilə təhlükəyə yaxınlaşırıq. “Amma fürsət verildikdə təbiət bərpa oluna bilər və bizim hələ də hərəkətə keçmək şansımız var”,- deyən M. Qold insanları bu istiqamətdə mübarizəyə səsləyib.

V. QULİYEV
Seçilən
4
1
reyting.az

2Mənbələr