AZ

Vüqar Zifəroğlu: "Azərbaycana qarşı aparılan informasiya müharibəsi ölkədə daxili sabitliyi pozmağa yönəlib"

Siyasi ideoloji müstəvidə Azərbaycana qarşı aparılan informasiya müharibəsinin başlıca istiqamətləri son dərəcə genişdir və özündə bir neçə məsələni birləşdirir. Bu istiqamətlər ölkədə daxili sabitliyi pozmağa, Azərbaycanın beynəlxalq arenada mövqeyini zəiflətməyə yönəlmiş strategiyalardır.

İqtisadiyyat.az xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, Mətbuat Şurasının sədrinin müavini Vüqar Zifəroğlu “Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları” mövzusunda keçirilən konfransda siyasi ideoloji müstəvidə Azərbaycana qarşı aparılan informasiya müharibəsi və cəmiyyətin informasiya təhlükəsizliyinin təmin edilməsində medianın rolu ilə bağlı çıxış edərkən deyib.

V.Zifəroğlu birinci əsas istiqamətin Qarabağ və Ermənistanla bağlı olduğunu bildirib. Onun sözlərinə görə, Qərb mediasında erməni lobbisinin təşviqi ilə Azərbaycana qarşı aparılan əsas manipulyativ istiqamətlərdən biri Qarabağ və Ermənistan mövzusu ilə bağlıdır. "Bu mövzuda bir sıra tarixi təhriflərə yol verilir. Eyni zamanda, humanitar böhtanlarla bağlı müəyyən manipulyasiyalar ortaya atılır. Burada əsas məqsəd beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaqdır. Etnik və dini ayrılıq salmağa xidmət edənlər də var. Ancaq Azərbaycan multikultural dəyərlərə malik olan ölkədir. İndiyə kimi Azərbaycan tarixində milli etnik zəmində hər hansı qarşıdurmaların şahidi olmamışıq. Bu istiqamətdə də Azərbaycanı hədəf alan qüvvələr var. Demokratiya və insan haqları məsələsində də ölkəmizə qarşı manipulyativ savaşın aparıldığının şahidi oluruq”, - deyə V.Zifəroğlu bildirib.

Seçilən
1
2
iqtisadiyyat.az

3Mənbələr