AZ

Aşqabadda Məhtimqulunun irsinə həsr olunmuş beynəlxalq forum keçirilir

“Dövrlərin və sivilizasiyaların münasibəti sülhün və inkişafın əsasıdır” mövzusunda beynəlxalq forum böyük türkmən şairi və mütəfəkkiri Məhtimqulu Fəraqinin (1733-1782) anadan olmasının 300 illiyinə həsr olunub.

Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov forumu “açıq” elan edərək, öz adından və Türkmənistan xalqı adından forumun yüksək səviyyəli nümayəndələrinə minnətdarlığını bildirib.

Türkmənistan dövlətinin başçısı Məhtimqulu Fəraqinin anadan olmasının 300 illiyi ilə bağlı Türkmənistanda və xaricdə keçirilən çoxsaylı tədbirlərdən danışıb.

Forum böyük türkmən şairi və mütəfəkkiri, ədəbi türkmən dilinin banisi hesab edilən Məhtimqulu Fəraqinin anadan olmasının 300 illiyinə həsr olunub. Tədbirdə ondan çox dövlətin rəhbərləri ilə yanaşı, beynəlxalq təşkilatların, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Şurası, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilalarının rəhbərləri iştirak edir.

Almaz Həsənli

Seçilən
18
oxumeni.az

1Mənbələr