AZ

Baltik dənizində neft tankeri yanıb

Almaniyanın Kühlungsborn (Meklenburq-Ön Pommern) şəhərinin şimal-şərqində Baltik dənizində "Annika" neft tankeri yanıb.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Almaniya Qurbanları Xilasetmə Cəmiyyəti məlumat yayıb.

Bildirilib ki, bütün yeddi ekipaj üzvü xilas edilib.

"Xilasedici qayıq, yedək gəmisi və çoxməqsədli gəmi hadisə yerindədir. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir", - məlumatda qeyd olunub.

 

Sadiq Cavadov

Seçilən
17
4
iqtisadiyyat.az

5Mənbələr