AZ

Müğənni Reynmen bu gün evlənir - VİDEO

Müğənni Reynmen bu gün evlənir - VİDEO'Derdim Olsun', 'Leila', 'Ela', 'Bonita', 'Tavrına Hayran', 'Yana Yana' və 'Renklensin' kimi məşhur mahnıların memarı Reynmen sensasiyalı şəxsi həyatı ilə də gündəm olub. Məşhur müğənni 2021-ci ilin əvvəlində münasibətdə olduğu Əmirə Cansu Kurtalan ilə bu gün ailə qurur.

Sonxeber.az türk mediyasına istinadən xəbər verir ki, "Reynmen" adı ilə sosial mediada böyük bir pərəstişkar toplayan məşhur müğənni və YouTuber Yusuf Aktaş mahnıları və özəl həyatı ilə hər zaman gündəmdə olan "Miss Türkiyə" 2017 finalçısı olan məşhur müğənni Emire Cansu Kurtaran Uzun müddətdir birlikdə olan sevgilisinə 30 apreldə evlilik təklifi etmişdi. Hətta məşhur cütlüyün oktyabrın 11-də toy edəcəyi də iddia edilirdi.

İddiaların doğru olduğu üzə çıxıb. Reynmen və Emir Cansu Kurtaran nikah üçün yola çıxıblar. Cütlük İtaliyaya getdikləri anları sosial şəbəkədə izləyiciləri ilə bölüşüblər. Məşhur şəxsin bu paylaşımları qısa zamanda sosial mediada gündəmə çevrilib.

Vüsalə İbrahimli

Seçilən
22
3
sonxeber.az

4Mənbələr