AZ

Putin Türkmənistanda medalla təltif edilib

Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov Aşqabadda keçirilən və görkəmli türkmən mütəfəkkiri Məqtimqulu Fraqinin anadan olmasının 300 illiyinə həsr olunmuş forumda Rusiya lideri Vladimir Putini medalla təltif edib.

Azpost.info xəbər verir ki, medal Fraqinin yubileyi şərəfinə təqdim edilib.

Berdiməhəmmədov həmkarına Fraqanın yubileyini Rusiyada qeyd etdiyinə görə təşəkkür edib.

“Mən sizə Fraqinin yubiley medalını təqdim etmək qərarına gəldim, bu, xalqlarımız və ölkələrimiz arasında daha bir parlaq simvola çevriləcək. Təbrik edirəm”, – Berdıməhəmmədov bildirib.

Azpost.info

Seçilən
11
azpost.info

1Mənbələr