AZ

Musiqiçidən iyrənc hərəkət: Küçədə məktəbli qıza nələr etmədi...

Biləsuvar rayonunda 1979-cu il təvəllüdlü Azad yetkinlik yaşına çatmayan həmyerlisi Lətifəyə (adlar şərti verilib – red.) təcavüz edib.

Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə bu il yanvarın 26-da baş verib. Azad həmin gün saat 13 radələrində Biləsuvar şəhəri, Azadlıq küçəsində piyada hərəkət edən 2008-ci il təvəllüdlü Lətifəyə yaxınlaşıb. O, qəflətən əliylə qızın üzünü sığallayıb.

Lətifə bu hərəkətlərinə görə Azada irad bildirib. Buna baxmayaraq Azad zorla Lətifənin dodaq nahiyəsindən öpüb, onu qucaqlayıb. Lətifə müqavimət göstərdikdə isə onu özünə tərəf dartıb, seksual zorakılıq hərəkətləri edib.

Azad Lətifəyə xəsarətlər yetirdikdən sonra yumruq zərbəsi vuracağı ilə onu hədələyib. Arxa nahiyyəsindən qucaqlayaraq ona qarşı seksual xarakterli hərəkətlər edib.

İstintaq orqanı tərəfindən Azadın barəsində Cinayət Məcəlləsinin 150.2-1.1-ci (yetkinlik yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Məhkəmədə təsirləndirilən şəxs qismində ifadə verən Azad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, ailəsi ilə Biləsuvar şəhərində yaşayır: “Zərərçəkmiş Lətifəni tanıyıram. Mənim qonşumdur, qızım Gülşənlə üçüncü sinfə qədər birlikdə oxuyub. Valideynləri ilə münasibətim həmişə yaxşı olub.

Lətifəyə qarşı heç bir seksual xarakterli zorakılıq hərəkətləri etməmişəm. Onun ifadəsində göstərilənlər yalandır. Məni şərləyiblər”.

Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilib və tədqiq olunub. O, həmin ifadədə göstərib ki, yanvarın 26-da saat 14 radələrində suqızdırıcısı almaq məqsədi ilə yaşadığı evdən çıxıb: “İbrahimov küçəsində Zamin adlı şəxsə məxsus xırdavat məhsulları satılan mağazadan suqızdırıcısını aldım və taksi ilə yaşadığım evə qayıtdım”.

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin gün saat 14 radələrində Azadlıq küçəsində Lətifəni piyada hərəkət edən görsə də, ona qarşı heç bir əxlaqsız hərəkətlər etməyib:

“Saat 17 radələrində evdə olan zaman “Kamran” adlı kafe işlədən Camal mənə zəng vurdu. O, kafedə adgünü məclisi olduğunu dedi və mənə məclisə gələrək musiqi ifa etməyi təklif elədi. Mən də kafeyə yollandım.

Kafeyə 30-40 metr qalmış üç nəfər tanımadığım şəxs yaxınlaşaraq məni döyməyə başladı. Onlar mənə yaramaz hərəkətlər etdiyimi deyirdilər. Onların əlindən güclə qurtuldum və qaçmağa başladım. Daha sonra Daxili İşlər Nazirliyinin “102” xidmətinə hadisə barədə məlumat verdim. Lətifənin dedikləri yalan və böhtandır”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Lətifənin sözlərinə görə, ailə üzvləri ilə birlikdə Biləsuvar şəhərində yaşayır: “Orta məktəbin 9-cu sinfində təhsil alıram. Məktəbdən aldığım dərslərdən əlavə kollecə hazırlaşdığım üçün Azərbaycan dili, Riyaziyyat və Rus dili fənləri üzrə hazırlıq məşğələlərinə gedirəm. Riyaziyyat fənni üzrə Biləsuvar rayonunun kəndində yaşayan Cəmilə müəllimin yanına həftənin 1,3,5-ci günləri günorta saatlarında yollanıram.

Kəndə getmək üçün yaşadığım evdən piyada çıxıram, Axundov küçəsində həmin kəndə gedən marşrutlara minirəm”.

Seçilən
1
9
publika.az

10Mənbələr