AZ

Bakıda dəstə üzvləri bir nəfəri döyüb qarət etdilər

Bakıda quldurluq hadisəsi olub.

Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən xəbərə görə. hadisə oktyabrın 9-da gecə saatlarında paytaxtın Nizami rayonu ərazisində baş verib. Bir nəfərin 300 manat pulunun və mobil telefonunun quldurluq yolu ilə talanması barədə Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə məlumat daxil olub. 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlində şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş E.Heydərov, E.Adıgözəlov və A.Məmmədli müəyyən olunaraq saxlanılıb. 

Araşdırma aparılır. 

Seçilən
19
2
avtosfer.az

3Mənbələr