AZ

Rəcəb Tayyib Ərdoğan Serbiyada rəsmi səfərdədir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Serbiyada rəsmi səfərdədir. Türkiyə lideri serbiyalı həmkarı Aleksandr Vuçiç tərəfindən rəsmi mərasimlə qarşılanıb.

Daha sonra Ərdoğan və Vuçiç arasında təkbətək görüş keçirilib. Hər iki prezident, Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasına da sədrlik edəcəklər. Səfər çərçivəsində, iki ölkə arasındakı münasibətlərin müqavilə əsaslarının inkişaf etdirilməsi məqsədilə müxtəlif sazişlərin imzalanması planlaşdırılır.

Türkiyə ilə Serbiya arasında ikitərəfli ticarət həcminin 5 milyard dollara çatdırılması hədəflənir. Prezident Ərdoğanın təmasları çərçivəsində Biznes Forumu da keçiriləcək, burada o, türk və serb iş adamları ilə bir araya gələcək.



Seçilən
7
3
trt.net.tr

10Mənbələr