AZ

Ali Yerlikaya Türkiyədəki immiqrantların rəsmi sayını açıqlayıb

Bakı, TurkicWorld

Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya, 4 oktyabr 2024-cü il tarixindən etibarən ölkədəki miqrantların sayını açıqlayıb

TurkicWorld xəbər verir ki, nazir bu barədə Avropa İnsan Hüquqları Məhkəməsi və Konstitusiya Məhkəməsinin Qərarları İşığında Miqrasiya və İnsan Haqları üzrə Beynəlxalq Məsləhət Konfransında olan çıxışı zamanı danışıb.

Yerlikaya, 4 oktyabr 2024-cü il tarixinə Türkiyədə 1 milyon 45 min 722 nəfərin yaşayış icazəsi ilə, 3 milyon 89 min 904 nəfərin müvəqqəti qoruma altında olan suriyalı olaraq, 213 min 169 nəfərin isə beynəlxalq müdafiə statusu ilə yaşadığını qeyd edib. Yerlikaya Türkiyənin bütün fundamental beynəlxalq insan haqları müqavilələrinə tərəf olduğunu vurğulayaraq, ölkənin miqrasiya idarəçiliyində humanitar dəyərləri ön planda tutduğunu bildirib.

Nazir, Türkiyənin müharibə və qarşıdurmalardan qaçan, yardıma və dəstəyə ehtiyacı olan məzlumlara hər zaman şəfqət əlini uzatdığını vurğulayıb. O bildirib ki, Türkiyə miqrasiya prosesini insan həyatını ön planda tutaraq, lakin ictimai asayişi və təhlükəsizliyi pozmayan bir anlayışla idarə edir. Yerlikaya, bu balansın qorunmasının miqrasiya siyasətinin əsas prinsiplərindən biri olduğunu qeyd edib.

Qeyd edək ki, Konfransda Konstitusiya Məhkəməsinin sədri Kadir Özkaya, Ali Apellyasiya Məhkəməsinin sədri Ömər Kerkez, Hesablama Məhkəməsinin sədri Metin Yener, Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Türkiyə Prof. Dr. Səadət Yüksel və AİHM hakimlərindən başqa, Azərbaycan, Rumıniya və Moldova Konstitusiya Məhkəməsinin üzvləri və məhkəmə heyətinin üzvləri də iştirak ediblər.

Seçilən
13
turkic.world

1Mənbələr