Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında oktyabrın 12-də bəziyerlərdə arabir yağış yağacağı gözlənilir.
Trend xəbər verir ki, bu barədə MilliHidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərindəintensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.
Azərbaycanın rayonlarında oktyabrın 11-i axşamdan15-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağışyağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (NaxçıvanMR, Qazax-Gəncə, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki,Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysanxarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıqərazilərdə qar yağacağı ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən5-10 dərəcə aşağı enəcək.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın,o cümlədən Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətlidaşqın və sel keçəcəyi ehtimalı var.