AZ

Aşqabadda Rusiya və İran prezidentlərinin görüşü olub

Aşqabadda Rusiya Prezidenti Vladimir Putinlə İranın dövlət başçısı Məsud Pezeşkian arasında görüş olub.

AZƏRTAC xəbər verir ki, görüş türkmən klassiki, şair-mütəfəkkir Məhtimqulu Fəraqinin anadan olmasının 300 illiyinə həsr olunan “Zamanların və sivilizasiyaların qarşılıqlı əlaqəsi” forumunun kuluarlarında baş tutub.

Qeyd edək ki, bu, Pezeşkianın dövlət başçısı seçilməsindən sonra Rusiya və İran prezidentləri arasında ilk üzbəüz danışıqlardır.

Görüş zamanı Putin Rusiya ilə İran arasında ticarət dövriyyəsinin artdığını qeyd edərək, iki ölkənin beynəlxalq arenada fəal əməkdaşlığını diqqətə çatdırıb və baş verənlərlə bağlı çox vaxt oxşar mövqelərdən çıxış etdiyini vurğulayıb. O, həmçinin İran Prezidentini Rusiyaya rəsmi səfərə dəvət edib.

Seçilən
4
23
yeniazerbaycan.com

10Mənbələr