AZ

Xudatda ağır QƏZA: 2 ölü, 1 xəsarət alan var

Gəndob-Yalama avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, yolun Xudat şəhəri ərazisindən keçən hissəsində "VAZ 21011" və "VAZ 21099" markalı minik avtomobilləri toqquşub. Nəticədə 1 nəfərin öldüyü, 2 nəfərin xəsarət aldığı bildirilir. Hazırda faktla bağlı araşdırma aparılır.

Xudatda baş verən yol qəzasında ölən və xəsarət alanların adları açıqlanıb.

Qəzada "VAZ 21011"in sürücüsü 26 yaşlı Orxan Məmmədov və onun sərnişini 23 yaşlı Nazir Tarverdiyev hadisə yerində ölüblər.

Elməddin Məmmədov və Vilayət İbrahimov isə, müxtəlif dərəcəli xəsarətlərlə Xaçmaz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
0
2
milli.az

10Mənbələr