AZ

“İçərişəhər” stansiyasında problem: qatarın qapıları bağlanmadı

  Bakı metrosunda yenidən problem yaranıb.

 Sərnişinlər Modern.az-a bildirib ki, “İçərişəhər” stansiyasında dayanan qatarın qapıları bağlanmayıb.

Məlumata görə, stansiyada dayanan qatardakı sərnişinlər düşürülüb və qatar 10 dəqiqədən sonra sərnişinsiz yola düşüb.

Bir neçə dəqiqədən sonra yeni qatar gəlib və sərnişinlər həmin qatarla yola salınıb.

Problemin nədən qaynaqlandığı hələlik məlum deyil.

"Bakı Metropoliteni" QSC-dən bildirilib ki, "İçərişəhər" stansiyasına daxil olan qatarın qapılarından maşinistin idarəetmə pultuna daxil olmuş siqnal əsasında qatar stansiyada ikən ona baxış keçirilib.

Məlumata görə, əlavə texniki baxış tələb olduğundan, Bakı metropoliteninin təhlükəsizlik tələblərinə uyğun olaraq, qatar, sərnişinsiz hərəkət etməklə, "Nərimanov" elektrik deposuna göndərilib. Əvəzinə xəttə qatar verilib.

Nəticədə, Qırmızı xətt üzrə intervaldan əlavə 2 dəqiqə yubanma qeydə alınıb.  

Seçilən
131
15
referans.az

10Mənbələr