AZ

Azərbaycan cüdoçusu Əbu-Dabidə 3-cü oldu

Azərbaycan cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə” turnirinin bürünc medalını qazanıb.

Arena.az xəbər verir ki, bu uğura millimizin üzvü Acelya Toprak imza atıb.

Bu gün Əbu-Dabidə cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start verilib. Yarışın ilk günündə Azərbaycan millisinin 6 idmançısı tatamiyə çıxıb.

60 kq-da mübarizə aparan Balabəy Ağayev çıxışına ikinci dövrədən başlayıb. Dauren Sukenovla (Qazaxıstan) güləşən cüdoçumuz məğlub olub. Eyni çəki dərəcəsindəki digər təmsilçimiz Hüseyn Allahyarov da startda yarışla vidalaşıb. O, Nika Xuzairaşviliyə (Gürcüstan) uduzub.

66 kq-da çıxış edən Ruslan Paşayev ilk görüşdə Teo Raula (Fransa) məğlub olub. Eyni çəkidə yarışan Rəşad Yelkiyev İsmayıl Nişonboyev (Özbəkistan) və Bentse Poqrantsa (Macarıstan) qalib gəlsə də, 1/4 finalda Erkembayar Battoqtoxa (Monqolustan) uduzub. Yelkiyev təsəlliverici qarşılaşmada isə Takeşi Takeoka (Yaponiya) səddini keçə bilməyib.

İlk gündə iki xanım cüdoçumuz da mübarizə aparıb. Turnirə 1/4 finaldan başlayan Leyla Əliyeva (48 kq) Sara İştə (Almaniya) uduzub. Azərbaycan cüdoçusu daha sonra təsəlliverici görüşdə Melane Leqoya (Fransa) məğlub olub.

Acelya Toprak (57 kq) startda Marina Azina (Kipr) qalib gəlsə də, ardını gətirə bilməyib. 1/4 finalda braziliyalı Şirlen Nasimentu təmsilçimizdən üstün olub. Təsəlliverici görüşdə Faiza Mokdar (Fransa) zədə səbəbindən tatamiyə çıxmadığından Toprak bürünc medal uğrunda yarışıb. Onun rəqibi Flaka Loha (Kosovo) olub. Qələbə qazanan cüdoçumuz burunc medala yiyələnib.

Qeyd edək ki, turnirə oktyabrın 12-də yekun vurulacaq.

Seçilən
15
3
arena.az

4Mənbələr