AZ

"Liverpul"dan ayrıldı, karyerasını başa vurdu

Yayda "Liverpul"dan ayrıldıqdan sonra klubsuz qalan Joel Matip gözlənilməz qərar verib.

Sportal.az xəbər verir ki, Avropada bir çox klubun transfer siyahısından yer alan 33 yaşlı mərkəz müdafiəçisi karyerasını başa vurub. Bu barədə Almaniya mətbuatı məlumat yayıb.

Kamerunlu futbolçu yaxın günlərdə qərarını açıqlayacaq.

Qeyd edək ki, Joel Matip karyerası ərzində iki klubda çıxış edib. Təcrübəli oyunçu 2009-2016-cı illərdə "Şalke", 2016-2023-cü illərdə isə "Liverpul"un şərəfini qoruyub. O, Kamerun millisinin heyətində keçirdiyi 27 oyunda 1 qol vurub.

saytlarin hazirlanmasi

Seçilən
29
sportal.az

1Mənbələr