AZ

Gürcüstanda hüquqları pozulan müştərilərə ödənilən kompensasiyanın məbləği açıqlanıb

Gürcüstanda banklar tərəfindən hüquqları pozulan müştərilərə 2023-cü ilin dekabrından etibarən 100 min lari (təxminən 37,4 min dollar) məbləğində kompensasiya ödənilib.

AZXEBER.COM \"report\"a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının nümayəndəsi David Zuxbaya bildirib.

\"2023-cü ilin 1 dekabrından etibarən komissiya ölkə vətəndaşlarının təxminən 30 iddiasına baxıb və onların əksəriyyəti vətəndaşların xeyrinə təmin edilib”, - D.Zuxbaya deyib.

Banklar 10 halda komissiyanın qərarından əvvəl müştərilərə ümumilikdə 57 min lari (21,1 min dollar) məbləğində vəsait geri qaytarıblar.

Ümumi iddialardan 779-u pensiya kreditlərinə, 53 şikayət isə kredit faizlərinə aid olub.
Seçilən
4
1
azxeber.com

10Mənbələr