AZ

Parklanma yerindəki vəziyyət xaosa səbəb oldu: Qurum məsələ barədə nə dedi?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Paytaxtın bir çox ərazilərində olduğu kimi, Ağ Şəhərdə də elektrikli avtomobillərin şarj edilməsi üçün yer ayrılsa da, sürücülər oraya daxil olmaqda çətinlik çəkirlər.
Belə ki, sözügedən ərazidə quraşdırılan şarj cihazlarının ətrafı parklanma yeri kimi istifadə edildiyindən sürücülər avtomobillərini yolun hərəkət hissəsində saxlamaq məcburiyyətində qalırlar.
Baku TV sürücüləri çətin vəziyyətə salan problemlə bağlı elektromobillər üçün nəzərdə tutulan enerjidoldurma cihazlarını bu əraziyə yerləşdirən "Azərişıq" ASC-yə müraciət ünvanlayıb.
Qurumun sözçüsü Vaqif Aydınoğlu bildirib ki, cihazların oraya qoyulması xəritə üzrə müəyyənləşib, yəni bir neçə qurumun qərarı ilə həmin yer cihazların qoyulması üçün təyin edilib.
Daha sonra ərazini parklanma yeri kimi müəyyən edən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edilsə də, adıçəkilən qurum məsələ ilə bağlı açıqlama verməyib.
Ətraflı videomaterialda:
Seçilən
3
50
oxu.az

10Mənbələr