AZ

IDEA İctimai Birliyi PASHA Qrupunun dəstəyi ilə növbəti təmizlik aksiyası təşkil edib (FOTO)

Bakı. Trend:

Oktyabrın 10-da IDEA İctimai Birliyinin təşkilatçılığı və PASHAQrupunun dəstəyi ilə Bilgəhdə sahilyanı təmizlik aksiyasıkeçirilib. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkiledilən aksiya ictimai çimərlik ərazisində baş tutub.

Birlikdən Trend-əverilən məlumata görə, təmizlik aksiyasında IDEA könüllüləri iləyanaşı, “PAŞA Holdinq” və “PASHA Management Company” tərəfindənidarə olunan şirkətlərin 170-dən çox əməkdaşı, həmçinin “LANDAUSchool”un şagirdləri olmaqla ümumilikdə 250-dən çox şəxs iştirakedib. Aksiya zamanı zəruri sanitar ləvazimatlarla təchiz olunmuşiştirakçıların topladıqları 2 tona yaxın tullantı “Təmiz Şəhər”ASC-nin Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodunatəhvil verilib.

“Sahillər təmiz qalsın!” şüarı altında keçirilən aksiyanın əsasməqsədi dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğetmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsininqarşısını almaq və insanları dənizətrafı mühitin mühafizəsinəyönələn səylərə cəlb etməkdən ibarətdir. Xəzər dənizinin və Qafqazregionunun digər su hövzələrinin unikal biomüxtəlifliyininmühafizəsi məqsədilə IDEA çirkləndirilmiş sahilyanı ərazilərintəmizlənməsinə və bərpası üçün mütəmadi tədbirlər həyatakeçirir.

Qeyd edək ki, IDEA İctimai Birliyi mütəmadi olaraq təmizlikaksiyaları təşkil edir və bu aksiyalarda iştirak etmək üçünşirkətləri, təşkilatları və qurumları birgə əməkdaşlığa dəvət edir.Təmizlik aksiyalarının birgə təşkili ilə bağlı IDEA İctimaiBirliyinə müraciət edə, ətraf mühitin mühafizəsinə öz töhfəniziverə bilərsiniz. Müraciətlərinizi IDEA-nın “1113” qaynar xətti vəya [email protected] e-poçt ünvanına göndərməyiniz xahişolunur.

IDEA İctimai Birliyi bir daha hər kəsi planetimizin qarşılaşdığıçoxsaylı problemlərin həlli, indiki və gələcək nəsillərin rifahınaminə birləşməyə və hərəkətə keçməyə, təbiətin bizə bəxş etdiyinemətlərə həssas yanaşmağa çağırır.

IDEA
IDEA
IDEA
IDEA
IDEA
IDEA
IDEA
IDEA
IDEA
IDEA
IDEA
IDEA
IDEA
IDEA
IDEA
Məqalədə:
Seçilən
3
9
az.trend.az

10Mənbələr