AZ

“Onların heyəti daha genişdir, rotasiya imkanları bizimlə müqayisədə çoxdur”

"Onların heyəti daha genişdir, rotasiya imkanları bizimlə müqayisədə daha çoxdur".

Sportinfo.az xəbər verir ki, bunu "Sabah" basketbol komandasının baş məşqçisi Rimas Kurtinaytis Belçikada yerli “Spiru” klubuna uduzduqları (81:82) FIBA Avropa Kubokunun G qrupunun ilk matçı ilə bağlı danışarkən deyib.

Təcrübəli mütəxəssis son anda qələbəni əldən verdiklərini bildirib:

"Qalib gələ bilərdik. Ev oyunlarımızda daha yaxşı çıxış edib, bacardıqca daha çox xal toplamalıyıq".

"Sabah" növbəti görüşünü oktyabrın 16-da Bakıda Yunanıstan təmsilçisi "Marussi"yə qarşı keçirəcək.

Seçilən
39
sportinfo.az

1Mənbələr