AZ

Çətənə – faydası var bədənə

Elm adamları sübut ediblər ki, çətənə toxumunun tərkibinin 30 faizi yağdır. Toxum Omega-6 və Omega-3 baxımından zəngindir. Çətənə toxumunda E vitamini, fosfor, natrium, maqnezium, dəmir kimi maddələr də çox olduğundan sağlamlıq üçün daha faydalı hesab olunur. Çətənə toxumunun yağı da xeyli faydalı bir qida vasitəsi kimi istifadə oluna bilər.

Çətənə tərkibli məhsulların üstünlükləri:

Çətənə toxumundan müntəzəm istifadə ürək xəstəliklərinə qarşı profilaktik tədbirlərin önündə gəlir. Dünyada ölümə ən çox səbəb olan xəstəliklərdən biri də ürək-damar xəstəlikləridir. Təcrübələr göstərir ki, çətənə məhsulları ürək-damar xəstəlikləri riskini minimuma endirir. Bəzi elmi araşdırmalarla çətənənin autoimmun xəstəliklərə qarşı da mübarizə apararaq ümumi orqanizmin sağlamlığına yaxşı təsir etdiyini və immuniteti artırdığı sübut edilib.

Bu məhsulların faydaları hansılardır?

1. Ürək sağlamlığını qoruyur. 2. İltihabəleyhinə vasitədir. 3. Dəri problemlərini aradan qaldırır. 4. Şəkərli diabet riskindən qoruyur. 5. Metabolik sindrom və digər şikayətləri olanlar üçün çox xeyirlidir.

Bu faydalarına görə, mütəxəssislər həkim məsləhəti ilə çətənədən orqanizmə lazım olduğu qədər istifadə etməyi tövsiyə edirlər.

Z.HÜSEYNLİ
XQ

Seçilən
61
1
xalqqazeti.az

2Mənbələr