AZ

Tələbə qıza əxlaqsız təkliflər edən kişi həbs edildi

Bakıda tələbə qıza mesajlar yazaraq ona əxlaqsız təkliflər edən şəxs məsuliyyətə cəlb edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, oktyabrın 7-si Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinə müraciət edən Sosial-İqtisad Kollecinin tələbəsi A.Nemətova (şərti soyadlı) Fikrət adlı şəxsin ona nalayiq mesajlar yazdığını və hədələdiyini bildirib.

Şikayətçi ərizəsində həmin şəxsin müxtəlif vasitələrlə onu narahat etdiyini deyib: “İki gün əvvəl teleqram tətbiqindən Fikrət adlı şəxs mənə yazaraq təhsil aldığım kollecdə məni gördüyünü və tanış olmaq istədiyini bildirmişdi. Mən ona etirazımı bildirdikdə bu dəfə instaqramdan narahat etməyə başladı. Fərqli hesablardan yazaraq qeyri-etik ifadələr işlədib, mənə əxlaqsız təkliflər edib. 07 oktyabr 2024-cü il tarixdə təhsil aldığım kollecdə dərs zamanı yenidən yazaraq və dəfələrlə zəng vuraraq narahat etdi. Məni hədələyərək kollecdən kənarda gözlədiyini bildirdi. Həmin şəxsə onu polisə verəcəyimi deyəndə isə bundan çəkinmədiyini söylədi. Onun bu əməlləri məndə çox böyük psixoloji təsir yaradıb”.

Müraciət əsasında araşdırma aparılıb və 1994-cü il təvəllüdlü Fikrət Mehdiyev saxlanılıb. Onun barəsində polis tərəfindən İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilərək Sabunçu Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə 30 yaşlı F. Mehdiyevə dörd sutka inzibati həbs cəzası verilib.

Seçilən
69
39
qafqazinfo.az

10Mənbələr