AZ

Azərbaycan-Malayziya münasibətlərinin hazırkı səviyyəsi və inkişaf perspektivləri müzakirə olunub (FOTO)

Bakı. Trend:

Malayziyada səfərdə olan Azərbaycan Respublikası Diasporla İşüzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bu ölkənin milli birliknazirinin müavini xanım senator Sarasvati Kandasami (SaraswathyKandasami) ilə görüşüb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən xəbərə görə, qonağısəmimi salamlayan nazir müavini bu səfəri iki ölkə arasındamünasibətlərin artan xətt üzrə inkişafının göstəricisi kimiqiymətləndirib, Malayziya Birlik Nazirliyinin tarixi və fəaliyyətistiqamətləri haqqında məlumat verib.

Səmimi qəbula görə təşəkkür edən Komitə sədri əsası ÜmummilliLider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlhamƏliyev tərəfindən uğurla davam etdirilən Azərbaycan dövlətinindiaspor siyasəti, Komitənin fəaliyyəti, xaricdə yaşayansoydaşlarımızın milli kimliklərini unutmaması üçün həyata keçirilənlayihələr barədə ətraflı məlumat verib.

Malayziya Tərcümə və Kitab İnstitutunda (Malaysian Institute ofTranslation & Books) keçirilən görüşdə qurumun rəhbəri Nur AminƏhməd (Noor Amin Ahmad) Diasporla İş üzrə Dövlət Komitəsi vəAzərbaycanın Malayziyadakı səfirliyi ilə sıx əməkdaşlıqdan məmnunolduğunu bildirib, bu günlərdə çapdan çıxan və Azərbaycanədiblərinin əsərlərindən ibarət olan “Ürəkdə yazı” adlı kitabıüçtərəfli əməkdaşlığın səmərəli nəticəsi adlandırıb.

Komitənin fəaliyyət istiqamətlərindən birinin də Azərbaycanadost xalqlarla münasibətlərin inkişafı olduğunu deyən sədr ilərzində müxtəlif dillərdə kitabların çapını dəstəklədiklərinisöyləyib.

Bundan başqa, Türkiyənin Malayziyadakı səfiri Əmir Salim Yüksəlvə Yunus Əmrə İnstitutunun Malayziyadakı nümayəndəliyinin rəhbəriDr. Ömər Altunla da görüşlər keçirilib.

Səfər çərçivəsində Komitə sədri Malayziyanın DövlətTeleradiosuna və Cənub-Şərqi Asiya regionunun nüfuzlu “AwaniGlobal” televiziyasına müsahibə verib, Azərbaycan-Malayziyamünasibətlərinin hazırkı səviyyəsi və inkişaf perspektivləri,COP29, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu,Qarabağ münaqişəsi, rəsmi Bakının Cənubi Qafqazda sülh vətəhlükəsizlik naminə planlarından bəhs edib.

Daha bir görüş Malaya Universitetinin və Putra MalayaUniversitetinin (UPM) professor və müəllim heyəti ilə olub,Azərbaycan haqqında təqdimatlar edilib. Qarabağ münaqişəsi,Azərbaycan torpaqlarının 30 illik işğaldan Prezident İlham Əliyevinrəhbərliyi ilə cəmi 44 gün ərzində azad olunması, rəsmi Bakınınsülh gündəliyi professor və müəllim heyətinin diqqətini çəkib.Malaya Universitetinin professoru Roy Antoni Rocers Azərbaycanınişğaldan azad olunmuş torpaqlarına səfər etdiyini, ermənilərtərəfindən dağıdılmış məscidləri və tarixi-mədəni abidələri özgözləri ilə gördüyünü bildirib.

Növbəti görüşlər Selanqor Xalq Kitabxanası Korporasiyasında vəMalayziya Milli Kitabxanasında baş tutub. Xalqları yaxınlaşdırmağınən sınanmış yolunun mədəniyyət olduğu, Azərbaycan-Malayziyamünasibətlərinin inkişaf etdirilməsində kitab mübadiləsinin vəkitabxanalararası əməkdaşlığın da öz payı olduğu vurğulanıb, busəbəbdən Komitənin hər il müxtəlif dillərdə onlarla kitabın çapınadəstək olduğu qeyd edilib.

Görüşlərin sonunda universitetlərə və kitabxanalara Diasporla İşüzrə Dövlət Komitəsinin dəstəyi ilə çap olunmuş Azərbaycan haqqındakitablar hədiyyə olunub.

Azərbaycan-Malayziya
Azərbaycan-Malayziya
Azərbaycan-Malayziya
Azərbaycan-Malayziya
Azərbaycan-Malayziya
Azərbaycan-Malayziya
Azərbaycan-Malayziya
Azərbaycan-Malayziya
Azərbaycan-Malayziya
Azərbaycan-Malayziya
Seçilən
16
5
az.trend.az

8Mənbələr