AZ

Məsud Pezeşkian Putinə nə deyib?

İran Prezidenti Məsud Pezeşkian Rusiya lideri Vladimir Putinlə Aşqabadda keçirdiyi görüşdə rəsmi Moskvanı İsrailin Livan və Qəzza zolağında dinc əhalinin kütləvi ölümünə səbəb olan hərəkətlərinə daha fəal müqavimət göstərməyə çağırıb.

Cebheinfo.az” xəbər verir ki, bu barədə İran prezidentinin mətbuat xidməti məlumat yayıb. 

Biz regiondakı məsələləri, yəni sionist rejimin Livan və Qəzza zolağında qadın və uşaqlara qarşı törətdiyi cinayətlərlə bağlı Rusiyanın daha fəal rol oynaması ilə bağlı məsələləri müzakirə etdik”, - Pezeşkian belə deyib.

Xatırladaq ki, Aşqabad görüşündə Putin İran prezidentini Rusiyaya rəsmi səfərə dəvət edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Məsud Pezeşkianın Rusiyaya səfərinin vaxtının diplomatik kanallar vasitəsilə razılaşdırılacağını bildirib.

Seçilən
62
1
cebheinfo.az

2Mənbələr