AZ

Ailə QƏTLİAMI: 4 uşağını və həyat yoldaşını güllələdi, sonra isə... - VİDEO

Qaziantepdə kişi həyat yoldaşını və 4 uşağını güllələyərək öldürüb.

Musavat.com-un Türkiyə mətbuatına istinadən xəbərinə görə, hadisə Qaziantepin Şahinbey rayonunda baş verib.

Məhəllədə bərbər işləyən Əhməd Dəmir 30 yaşlı həyat yoldaşı Əminə Dəmiri, qızı 5 yaşlı Azra Dəmiri, 4 yaşlı oğlu Yusuf Eymen Dəmiri, 11 yaşlı qızı Mədinə Dəmiri və 6 yaşlı qızı Edanur Dəmiri qətlə yetirib. Daha sonra isə eyni silahla intihar edib. Hadisə yerinə polis və tibbi qruplar göndərilib.

Əhməd Dəmirin psixoloji problemlərinin olduğu bildirilir.

 

Seçilən
0
2
hurriyyet.az

3Mənbələr