AZ

Yasamalda mağaza mühafizəçisini hədələyib oğurluq edən şəxs yaxalandı

Image

Oktyabrın 10-da axşam saatlarında Yasamal rayonu ərazisində yerləşən mağazaların birində mühafizəçinin kəsici alətlə hədələnərək oradan oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən S.Zalov müəyyən olunaraq saxlanılıb.

Ondan narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

ZÜMRÜD





Seçilən
0
12
baki-xeber.com

10Mənbələr