AZ

"NATO 25 ildən çox müddətdən sonra Rusiya ilə münasibətlərə yenidən baxa bilər" - "Politico"

"NATO Rusiyanı müttəfiqlərin təhlükəsizliyinə birbaşa təhlükə adlandırıb..."
 
Gələn həftə NATO ölkələri müdafiə nazirləri görüşərək Kremldən gələn təhdidlərə cavab olaraq Alyansın onilliklər ərzində Rusiya ilə bağlı formalaşan münasibətlərini yenidən nəzərdən keçirməyə başlayacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
 
Qeyd edilir ki, NATO ilə Rusiya arasında münasibətlər Ukraynada tammiqyaslı müharibə başlanandan tamamilə korlanıb.
 
NATO Rusiyanı "müttəfiqlərin təhlükəsizliyinə ən əhəmiyyətli və birbaşa təhlükə" adlandırıb. Kreml iddia edir ki, NATO-nun şərqə doğru genişləndirilməsi ekzistensial təhlükə törədir.
 
Lakin tonun dəyişılməsinə rəğmən, NATO əvvəlkitək Rusiya ilə "Əsaslı akt"a istinad edir. Sovet İttifaqının dağılmasından 6 il sonra, 1997-ci imzalanan bu sənəddə ümumi "sabit, dinc və bölünməyən Avropa" məqsədindən danışılır.
 
"Soyuq müharibə"dən sonra təhlükəsizlik məsələləri üzrə əməkdaşlıq üçün yaradılan Rusiya-NATO Şurası orqanı 2022-ci ildən toplanmayıb. Rusiya ilə münasibətlər bir çox illər ərzində durmadan pisləşib. ABŞ hökumətinin yüksək vəzifəli nümayəndəsi bəyan edib:
 
"NATO ölkələri hazırda "Rusiya ilə münasibətlərdə strategiyanın müxtəlif elementlərini müəyyən etməyə və Alyans daxilində debatlar aparmağa" cəhd göstərir, bu da bizi NATO-Rusiya əsaslı aktı kimi mövzulara gətirib çıxarır. Müttəfiqlərin konkret mövqeləri nöqteyi-nəzərdən yeni strategiyanın işlənib hazırlanmasının zamanı yetişib".
 
Məmurun sözlərinə görə, hələlik yeni strategiya layihəsi yoxdur, çünki əsas diqqət NATO-nun 32 ölkəsinin mövqelərinin toplanmasına yönəldilib.
 
Qeyd edilir ki, ixtilaflar NATO-nun Rusiya ilə münasibətlərdə yeni qaydalar toplusunu yaratmaq üçün nə qədər uzağa getməli olduğu ilə bağlı yaranır. NATO diplomatlarının birinin sözlərinə görə, Alyansın bəzi üzvləri yeni aqressiv strategiyanın Rusiyada sabitliyi pozacaq "siqnal" ola biləcəyindən ehtiyat edir.
 
Bundan başqa, Macarıstan və Slovakiya ilə bağlı suallar yaranır, NATO-nun bu iki ölkəsi Alyansın digər üzvlərinin əksinə gedərək Kreml ilə təmaslar saxlayır və Rusiya ilə qarşılıqlı əlaqələri strateji cəhətdən vacib hesab edir.
 
NATO ilə Rusiya arasında gərginlik
 
Şimali Atlantika Təşkilatı bazar ertəsi, oktyabrın 14-də nüvə çəkindirməsi üzrə "Steadfast Noon" ("Sabit Günorta") təlimlərinə başlayacaq. Bu barədə NATO baş katibi Mark Rütte məlumat verib.
 
Təlimlər Şimal dənizində Böyük Britaniya, Belçika və Niderland yaxınlığında keçiriləcək.
Seçilən
5
1
moderator.az

2Mənbələr