AZ

Ukraynada “Stick M12” süzən döyüş sursatları hazırlanıb

Ukraynada “United Military Solutions” müdafiə şirkəti tərəfindən “Stick M12” adlı süzən döyüş sursatı (kamikadze PUA) hazırlanıb.

“Poliqon”un “United Military Solutions” şirkətinə istinadən verdiyi məlumata görə, yeni pilotsuz uçuş aparatı (PUA) 70 km-ə qədər məsafəyə uça bilir. Eyni zamanda, təyyarə tipli “Stick M12” PUA bir saatdan çox havada qala bilir.

Zərbə PUA-sı arxa hissədə yerləşən tək elektrik mühərriki ilə təchiz edilib. Ön hissədə isə döyüş bölməsi var. O, düşmənin stasionar hədəflərini, zirehli texnikalarını və şəxsi heyətinin yerləşmə yerlərini məhv etmək üçün təyin edilib.

Məlumdur ki, iyun ayında bu süzən döyüş sursatlarının bir partiyası Ukrayna Quru Qoşunlarının əlahiddə mexanikləşdirilmiş briqadası tərəfindən qəbul edilib. Partiyaya 10 dron daxil idi ki, bu da xeyriyyəçilərə 1 milyon 50 min qrivnaya – bir “Stick M12” PUA üçün təxminən 100 min qrivnaya başa gəlib.

Xatırladaq ki, bu il Parisdə keçirilən “Eurosatory 2024” beynəlxalq sərgisində ilk dəfə Ukraynanın yeni “Bulava” süzən döyüş sursatı təqdim edilib.

Əhəd Vahidoğlu

Seçilən
27
poliqon.az

1Mənbələr