AZ

Bu qan qrupunun  insult riski yüksəkdir

Bu Bu qan qrupunun

Araşdırmalara görə, müəyyən qan qrupu olan insanlar 60 yaşından əvvəl insult keçirməyə daha çox meyllidirlər.

E-saglam.az xəbər verir ki, 2022-ci ildə aparılan bir araşdırmada genom tədqiqatçıları A1 alt qrup geni ilə erkən yaşlarda insult riski arasında əhəmiyyətli bir əlaqə aşkar etdilər.

Tədqiqat 17 min insult keçirən və 600 min insult keçirməyən insanı əhatə edib. Belə ki, 48 genetik tədqiqatın məlumatları təhlil edilib. Tədqiqat iştirakçılarının yaş həddi 18-59 arasında olub.

Tədqiqatın nəticələrinə görə, II qrupunun genetik variasiyası olan insanların 60 yaşından əvvəl insult keçirmə riski digər qan qruplarına malik insanlara nisbətən 16 faiz daha yüksəkdir. Digər tərəfdən, I qrupu gen variasiyası olan insanlarda bu risk 12 faiz daha azdır.

Araşdırmanın aparıcı müəllifi və damar nevroloqu Steven Kittner "II qan qrupunun niyə daha yüksək risk təqdim etdiyini hələ bilmirik", - dedi və bu vəziyyətin qan laxtalanma faktorları ilə əlaqəli ola biləcəyini söylədi.

Tədqiqat həmçinin müəyyən edib ki, III qan qrupu olan insanlar, yaşlarından asılı olmayaraq təxminən 11 faiz daha çox insult keçiriblər. Tədqiqatlar həmçinin qan qrupunu kodlayan genomun koronar arteriyaların kalsifikasiyası və qan axını məhdudlaşdıran infarkt ilə əlaqəli olduğunu göstərdi.

55 yaşdan sonra insult riski hər on ildə iki dəfə artır. Tədqiqatın nəticələri, xüsusilə gənc yaşlarda baş verən insultların gec yaşlarda meydana gələn vuruşlardan fərqli mexanizmlərlə baş verə biləcəyini də ortaya qoyur.

Gənc fərdlərdə insult hallarının damarlarda yağ yığılması ilə deyil, laxtalanma ilə əlaqəli olduğu düşünülür. Bu araşdırma bir daha göstərir ki, II qan qrupu olan insanlar xüsusilə gənc yaşlarda insult riskini gözardı etməməlidirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Seçilən
7
2
e-saglam.az

5Mənbələr