AZ

“Nizamişünaslıq” jurnalı nüfuzlu elmi nəşrdir

AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin nəşr etdirdiyi “Nizamişünaslıq” elmi əsərlər jurnalı Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının nəzdində fəaliyyət göstərən “Filologiya elmləri və pedaqogika” ekspert şurasının qərarı ilə Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilib.

“Nizamişünaslıq” elmi əsərlər jurnalı Prezident İlham Əliyevin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında sərəncamından irəli gələn tapşırıqların icrası çərçivəsində 2011-ci ildən AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzi tərəfindən nəşrə hazırlanır.

Jurnal 2024-cü ildə AMEA-nın dəstəyi ilə Beynəlxalq Standart Seriya Nömrəsi (ISSN) və Rəqəmsal Obyekt İdentifikatoru (DOI) standartlarını alıb.

Azərbaycan, türk, ingilis və rus dillərində məqalə qəbul edən məcmuənin redaksiya heyətinə Azərbaycanın görkəmli nizamişünas alimləri ilə yanaşı, Türkiyə, Özbəkistan, Pakistan və digər ölkələrdə dahi şairin irsinin tədqiqi ilə məşğul olan alimlər daxildir.

Jurnalın redaktoru AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarovdur.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri
Gəncə

Seçilən
5
1
xalqqazeti.az

2Mənbələr