AZ

Azərbaycan karateçisi İtaliyada bürünc medal qazanıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan karateçisi Gülay Orucova (59 kq) İtaliyanın Venesiya şəhərində Dünya Karate Federasiyasının (WKF) yeniyetmə və gənclər arasında keçirilən 13-cü dünya çempionatında bürünc medal qazanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Karate Federasiyasının Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, millinin üzvü yarışın son günündə Yaponiya karateçisi İnada Naonu məğlub edərək üçüncü yeri tutub.
Qeyd edək ki, turnir 9-13 oktyabrda baş tutub. Karateçinin şəxsi məşqçisi Sənan Cəfərov, yeniyetmə və gənclərdən ibarət karate yığmamızın məşqçisi isə Anar Allahverdiyevdir.
Seçilən
14
10
oxu.az

10Mənbələr