AZ

Aparıcıya canlıda şok sürpriz - Ukraynanın fəxri vədəndaşı, orden...

Media Türk tv-nin efirində canlı yayım zamanı maraqlı an yaşanıb.

Belə ki, kanalın əməkdaşı, "Gündəm masada" verlişinin aparıcısı, Heydər İsmayıl canlıda olarkən Ukrayna Jurnalistlər Konfederasiyası tərəfindən ordenlə təltif olduğunu öyrənib.

Bu xəbəri verilişin qonağı olan Ukrayna Müdafiə Nazirliyi yanında İctimai Şuranın üzvü, Ukrayna Zabitlər Birliyi mərkəzi nəzarət-təftiş komissiyasının sədri, ehtiyatda olan Polkovnik Elxan Nuriyev elan edib.

"Heydər bəy, Ukrayna Jurnalistlər konfederasiyasının 24 sentyabr 2024-cü il əmriylə peşəkar fəaliyyətinizə görə "4-cü hakimiyyət real qüvvədir"adlı ordenlə təltif olunubsunuz və gələcəkdə də Ukraynanın fəxri vətəndaşı olmağa tam layiqsiniz, sizi təbrik edirəm"- deyə Elxan Nuriyev qeyd edib.

Ətraflı videomaterialda:

Mənbə: t.me

Seçilən
61
t.me

1Mənbələr