AZ

Azərbaycan karateçisi dünya çempionatı bürünc medal qazanıb

Oktyabrın 9-13-də İtaliyanın Venesiya şəhərində Dünya Karate Federasiyasının (WKF) yeniyetmə və gənclər arasında 13-cü dünya çempionatı keçirilib.

Azərbaycan Karate Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarışın son günü Azərbaycan karateçisi Gülay Orucova bürünc mükafat uğrunda mübarizə aparıb.

Əlli doqquz kiloqram çəki dərəcəsində mübarizə aparan milli komandanın üzvü Yaponiya karateçisi İnada Naonu məğlub edərək üçüncü yeri tutub.

Xatırladaq ki, karateçimizin şəxsi məşqçisi Sənan Cəfərov, yeniyetmə və gənclərdən ibarət karate yığmamızın məşqçisi isə Anar Allahverdiyevdir.

Seçilən
5
24
yeniazerbaycan.com

10Mənbələr