Oktyabrın 12-də axşam saatlarında paytaxtın Binəqədi rayonu ərazisində 2007-ci təvəllüdlü M.Kərimovun xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Hadisə ilə bağlı təhqiqat araşdırması başlanılıb.
Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən şəxsin və ya şəxslərin müəyyən olunaraq saxlanılması istiqamətində tədbirlər görülür.