AZ

Alverçilərə bəd, maşın almaq istəyənlərə şad xəbər - Artıq Azərbaycanda da mümkün oldu 

Amerika, Koreya, Türkiyə, demək olar ki, dünyanın bir sıra ölkələrində təqdim olunan xidmət Azərbaycanda da aktivləşib.

Referans.az Milli.Az -a istinadən xəbər verir ki, artıq Azərbaycanda da avtomobillərin qəza tarixçəsinə baxmaq mümkün olacaq. Bu xidmətdən "Smsradar" tətbiqi vasitəsi ilə yararlanmaq mümkündür.

Xidmətdən yararlanmaq üçün avtomobilin vin kodunu yazmaq kifayət edir.

3 manata avtomobilin Azərbaycanda baş verən qəzalarına dair tarixçəni öyrənmək olur.

Qeyd edək ki, sığortanın çağırılmadığı qəzalar sistemdə göstərilmir.

Seçilən
37
17
referans.az

10Mənbələr