AZ

Ulduz futbolçu karyerasını bitirdi, vida mesajı yayımladı

Peşəkar karyerasını yekunlaşdıran "Liverpul"un müdafiəçisi Joel Matip açıqlama verib. Metbuat.az xəbər verir ki, o, açıqlamasında azarkeşlərə təşəkkür edib. Matip, “Bu gözəl oyuna həsr etdiyim illər üçün minnətdaram. “Liverpul”da və millidə yaşadığım anlar unudulmazdır” deyə bildirib.

Qeyd edək ki, Matip "Liverpul"da keçirdiyi 8 mövsüm ərzində 201 dəfə meydana çıxıb, 11 qol vurub, 6 məhsuldar ötürmə edib. O, “Liverpul”la 1 UEFA Çempionlar Liqası, 1 Premyer Liqa, 1 UEFA Super Kuboku, 2 İngiltərə Liqa Kuboku, 1 İngiltərə Kuboku (FA Cup) və 1 İngiltərə Super Kuboku (Community Shield) qazanıb. O, xüsusilə “Liverpul”un 2019-cu ildə Çempionlar Liqasındakı qələbəsində komandanın mühüm oyunçularından biri kimi yadda qalıb. Joel Matip Kamerun millisində 27 oyun keçirib.

Seçilən
7
metbuat.az

1Mənbələr