AZ

Filarmoniyada “Sələflər və xələflər” adlı konserti keçirilib - FOTO

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin "Sələflər və xələflər" adlı konserti keçirilib. Öncəliklə sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı konsert barədə dinləyiciləri məlumatlandırıb.

Bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi ilə solist - Sergey Doqadin (violin, Avstriya) dinləyicilər qarşısında çıxış edib.

Proqramda Q.Qarayev "Don Kixot" simfonik qravürləri, F.Əlizadə "Nizami fəzası", D.Şostakoviç violin və orkestr üçün 1 saylı konsert a moll (op.77) səslənib.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az
 

Məqaləyə dair fotomateriallar:

Seçilən
36
6
milli.az

10Mənbələr