Ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edib, şimşək çaxıb, bəzi yerlərdə leysan xarakterli yağış yağıb.
Milli Hidrometeorologiya Xidmətindənverilən məlumata görə, düşən yağıntının miqdarı Balakən-Şəki zonasında 17 mm, Quba-Qusarda 14 mm, Qarabağ və Şərqi-Zəngəzurda 11 mm, Naxçıvan MR-da 10, Lənkəran-Astarada 9 mm, Bakıda və Abşeron yarımadasında 6, Dağlıq Şirvan və Gəncə-Qazaxda 4 mm, Mərkəzi Aran rayonlarında 2 mm-dək təşkil edib.
Göygöl, Şəmkir, Daşkəsən, Naftalan, Gəncə, Şəmkir, Balakən, Şəki, Qax, Zaqatala, Şamaxı, Qobustan, Quba, Qusar, Qrız, Yevlax, Göyçay, Lerik, Altıağac, Xaltan, Neftçalada duman müşahidə olunub.