Yastıpəncəlik yeriyən zaman ayaq altında və üstündə, topuq oynağında ağrıların, sonra isə daha ciddi fəsadların yaranmasına səbəb ola bilər.
Həkim Abbas Bağırov Baku TV-yə açıqlamasında yastıpəncəliyin iki formada müşahidə olunduğunu bildirib:
"Birincisi, ayaq darağının eninə genişlənməsi, ikincisi isə, uzununa düzlənməsi. Uzununa düzlənmə adətən 10-25 yaş aralığında baş verir. Eninə düzlənməyə isə 25-50 yaşlarda daha çox rast gəlinir".
Bəs bu xəstəlik kişilərdə hansı hallarda vətəndaşın hərbi xidmətə yararlı olmadığını göstərir?
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədr müavini Ramin Rzayev bildirib ki, "Xəstəliklər cədvəli"ndə hərbi xidmətə yararlılığın kateqoriyaları müəyyənləşdirilib: "D kateqoriyasına əsasən, yastıpəncəliyi olan vətəndaşlar həm dinc, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab olunurlar".
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta