AZ

Rüşvətə görə həbs olunan xəstəxana direktoru ilə bağlı şikayətlər geri götürülüb

Xocasən Sağlamlıq Mərkəzinin rüşvətə görə həbs edilən sabiq direktoru Əliyar Məmmədovun barəsində olan hökmdən verilən kassasiya şikayəti və kassasiya protesti geri götürülüb.

Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, bu gün şikayətlər üzrə Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə məhkəmə baxışı keçirilib.

İclasda bildirilib ki, kassasiya şikayəti və ya kassasiya protesti geri götürülüb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü Əliyar Məmmədovun 9 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsinin hökmdən verilən şikayəti təmin etməyib.

Seçilən
1
7
avtosfer.az

10Mənbələr