AZ

Ayın sonunda Mərkəzi Nəbatat Bağının istifadəyə verilməsi nəzərdə tutulub

Prezident İlham Əliyevin sərəncamı ilə ötən ildən 46 ha sahəsi olan Mərkəzi Nəbatat Bağında əsaslı təmir-yenidənqurma işlərinə başlanılıb.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin məlumatında bildirilib.

Qeyd edilib ki, bağın 1937-ci ildə tikilmiş inzibati binası əsaslı təmir edilib, parkın ərazində yerləşən Botanika İnstitutunun inzibati binası isə sökülərək yenidən tikilib. Parkda müasir tipli oranjereyaya inşa edilib, oranjereya isitmə, soyutma və nǝmləndirmə avadanlıqları ilə təchiz olunub. Ərazidə göl kompleksi, dünyanın müxtəlif nadir bitki növləri üçün istixanalar tikilib. Yerdən 3 metr hündürlüyündə əlillər üçün müəssər körpü və hər iki qiriş qapısını birləşdirən piyada yolu salınıb.

Hazırda parkdakı işlər başa çatmaq üzrədir. İşlərin qısa müddətdə, keyfiyyətlə bitirilməsi məqsədi ilə əlavə işçi qüvvəsi cəlb edilib və təcrübəli landşaft dizaynerləri, ekoloji mütəxəssislər tərəfindən yaşıllıq işlərinin aparılması nəzarətdə saxlanılır. Mərkəzi Nəbatat Bağının istifadəyə verilməsi ayın sonunda nəzərdə tutulub.

670f662b176a6670f662b176a71729062443670f662b176a4670f662b176a5 670f662b2a54c670f662b2a54d1729062443670f662b2a549670f662b2a54a 670f662b3bfb5670f662b3bfb61729062443670f662b3bfb2670f662b3bfb3 670f662b480ee670f662b480ef1729062443670f662b480ec670f662b480ed 670f662b54572670f662b545731729062443670f662b5456f670f662b54571

Seçilən
83
50
banker.az

10Mənbələr