AZ

Aqrar Sığorta Fondunun ödənişləri ₼10 mln.-u ötüb

Bu günə qədər Aqrar Sığorta Fondu həm bitkiçilik, həm də heyvandarlıq sığortası üzrə 10 milyon manatdan çox sığorta ödənişi verib.

Bunu Fondun İdarə Heyəti sədrinin müavini Ləman Alıyeva-Məmişova bildirib.

“Fermerlərə 10,8 milyon manat sığorta ödənişi edilib. Bunun 2,4 milyon manatı 2022-ci ildə, 4,4 milyon manatı 2023-cü ildə, 4 milyon manatı isə 2024-cü ilin ötən dövründə həyata keçirilib”, – deyə o qeyd edib.

Seçilən
0
1
banker.az

10Mənbələr