Bir zamanlar məşhur olan "7-17" mahnı müsabiqəsinin yetirmələrindən olmuş Gülnarə Kərimbəyova (Gülya Bakinskaya) MTV telekanalında yayımlanan "Solo star" verlişində iştirak üçün qatılıb.
Ölkə.az parol.az-a istinadla xəbər verir ki, onun hazırda marketdə işçilərə yemək hazırlayıb, ailəsini dolandırdığını deməsi münsifləri və aparıcını təəccübləndirib.
Gülnarə Kərimbəyovanın marketdə çalışdığı ilə bağlı açıqlamasının ardından dedikləri daha da təəccüblə qarşılanıb:
"35 övladım var, onları yedizdirirəm".
Aparıcı maraqla "35 övladınız var?" deyə sorduqda, müğənni marketdə yemək hazırlayıb verdiyi kollektiv üzvlərini nəzərdə tutduğunu bildirib.
Ətraflı videoda: