Xalq artisti Tünzalə Ağayeva növbəti layihəsini təqdim etməyə hazırlaşır.
Gundem.az xəbər verir ki, pop ulduz bu dəfə "Zalım" adlı yeni mahnısı üçün kamera qarşısına keçib. O, yeni klipinin anonsunu şəxsi "İnstagram" hesabında paylaşıb.
Sevilən müğənni növbəti dəfə tanınmış gitara ifaçısı Rəhman Məmmədli ilə biraraya gəlib.
Mahnının söz və musiqisi bəstəkar Camal Qurbanova məxsusdur. Mahnının aranjemanını Emin Kərimov edib.
Layihənin prodüseri isə Yalçın Cabbarovdur.
Qeyd edək ki, klip yaxın günlərdə, məhz Xalq artistinin doğum günü ərəfəsində təqim olunacaq
Məqaləyə dair fotomateriallar: