Vəkil Şəfiqə Nağıyeva və kulturoloq, yazıçı Aydın Xan Əbilov arasında efirdə qalmaqal yaşanıb.
Tərəflər ekspert qismində iştirak etdikləri “Təsir dairəsi” ictimai-sosial verilişində qarşı-qarşıya gəliblər.
Belə ki, sözügedən proqrama pənah gətirən Mehriban adlı qadın iddia edib ki, gəlini ona baxmır və hazırda çarəsiz vəziyyətdə qalıb.
Aydın Xan Əbilov qadına deyil onun gəlininə tərəf çıxıb. O bildirib ki, gəlin evin nə qulluqçusu nə də ki süpürgəçisidir:
“Gəlin evdə heç kimin qulluqçusu deyil. Gəlin heç kimi süpürgəçisi deyil. Avropada ev işlərini görmək üçün sosial xidmət işçilərinə müraciət edilər. Bizdə gəlinlər öz analarına qulluq etsələrdə qayınanalarına etmirlər. Minlərlə belə insanlar tanıyıram. Siz anlamalısınız ki, bu verilişə pənah gətirən Mehriban xanıma baxmaq üçün tibb bacısı, sosial işçi lazımdır. Ona gəlinində hanbal çıxmayacaq. Gəlin evdə nə çay qoymalı nə də ki yemək verməlidir. 21-ci əsrdir… Siz insanları hara sürüklüyürsünüz. Bax siz belə danışırsınız sonrada bir çox gəlinlər uşaqları ilə qaçırlar evdən”.
Əbilovun bu sözləri isə Ş. Nağıyevanı özündən çıxarıb.
“Millətimizin nümayəndələrindən xahiş edirəm ki, imza yazın bu Aydın Xanı göndərək Avropaya və bizim canımız dincəlsin. Deyir ki, heç bir gəlin qayınanaya çay, çörək verməli deyil. Amma Aydın Xanın anası xəstə idi. O yeriyə bilmirdi. Mən onlarda olmuşam. Aydın xan anasının altını da, üstünü də təmizləyib. Bəs Aydın Xanın borcudur mu bunların hamısı eləməyə? Gün gələcək ki, sənin oğlun evlənəcək və gəlinin sənə çay verməyəcək”, - deyə vəkil bildirib.
Aydın Xan isə dəfələrlə “O mənim anam idi” kəlməsini təkrarlayıb. /Olay/