"Formula 1" üzrə ABŞ Qran-prisinin qalibi müəyyənləşib.
“İki sahil” xəbər verir ki, "Ferrari" pilotu Şarl Lekler bütün rəqiblərini qabaqlayıb. Yarış ABŞ-nin Texas ştatının Ostin şəhərində “Amerikalar dövrəsi”ndə keçirilib.
İkinci yeri “Ferrari”nin ispaniyalı pilotu Karlos Sayns, üçüncü yeri isə “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen tutub.